Azərbaycan çempionu “Sabah” Avstriyanın Tirol bölgəsində davam edən təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda Ukrayna təmsilçisi “Polesye” ilə qarşılaşıb.
Görüş “Sabah”ın 1:4 hesablı məğlubiyyəti ilə başa çatıb.
"Sabah"ın yeganə qolunu Velko Smiç vurub.
Rəqibin heyətində bir müddət əvvəl "Qarabağ"dan ayrılmış Leandro Andrade də qolla yadda qalıb.
Qeyd edək ki, Masazır təmsilçisi Avstriya toplanışı çərçivəsində bundan əvvəl Rumıniyanın “Universitatya" ( Krayova) və Macarıstanın “Ferensvaroş” komandaları ilə üz-üzə gəlib. Hər iki qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.










































































