2026-cı il dünya çempionatının 1/16 final mərhələsinin növbəti oyunu İngiltərə və Konqo Demokratik Respublikası milliləri arasında keçirilib.
Sportnet.az xəbər verir ki, ABŞ-nin Atlanta şəhərindəki "Mersedes Bens" stadionunda keçirilmiş oyun britaniyalıların 2:1 hesablı əzmkar qələbəsi ilə yekunlaşıb.
Hesabı 7-ci dəqiqədə konqolu futbolçu Brayan Sipenqa açıb. Lakin ikinci hissədə güc toplayan ingilislər 75 və 86-cı dəqiqədələrdə Harri Keynin vurduğu qollar sayəsində qalib gəlib.
İngiltərə 1/8 finalda Meksika ilə qarşılaşacaq.
DÇ-2026
1 iyul
İngiltərə - Konqo DR - 2:1
Qollar: Harri Keyn, 75, 86 - Brayan Sipenqa, 7
Baş hakim: Adam Mahadmeh (İordaniya).





































































