Niderland millisinin baş məşqçisi Ronald Kuman müqaviləsinin müddəti başa çatdıqdan sonra vəzifəsindən ayrılacaq.
Sportnet.az-ın məlumatına görə, bu barədə Niderland Futbol Assosiasiyası rəsmi açıqlama yayıb.
63 yaşlı mütəxəssis 2026-cı il dünya çempionatında komandanın mübarizəni dayandırmasından bir gün sonra müqaviləsini uzatmamaq qərarına gəldiyini milli assosiasiyaya bildirib.
Bununla da Kumanın Niderland millisində ikinci baş məşqçilik dönəmi başa çatacaq.
"Narıncılar" ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi 2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Mərakeşə uduzaraq turnirlə vidalaşıblar. Əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan qarşılaşmada Niderland millisi penaltilər seriyasında 2:3 hesabı ilə məğlub olub.
Xatırladaq ki, Ronald Kuman 2023-cü ildən Niderland millisinə rəhbərlik edib. Onun müqaviləsinin müddəti 2026-cı il iyulun 31-də başa çatacaq.










































































