Azərbaycanın qız və oğlanlardan ibarət çimərlik voleybolu üzrə milli komandaları Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) U-16, U-18 və U-20 yaş qrupları üzrə çempionatlarında iştirak edəcəklər.
Sportnet.az xəbər verir ki, məqsədlə komandalar bu gün Latviyaya yola düşüblər.
U-18 yaş qrupu üzrə yarışlar 1–3 iyul, U-16 yaş qrupu üzrə çempionat 4–5 iyul, U-20 yaş qrupu üzrə yarışlar isə 15–17 iyul tarixlərində keçiriləcək.
Hər üç yaş qrupu üzrə qarşılaşmalar Latviyanın Cesis şəhərində təşkil olunacaq.
Azərbaycan EEVZA çempionatlarında aşağıdakı cütlərlə təmsil olunacaq:
U-16 (qızlar)
- Dilarə Ağayeva / Ulyana Kovalyova
- Aydan Mirzəyeva / Aylin Əlizadə
U-18 (qızlar)
- Leyla Əliyeva / Dilarə Ağayeva
- Feyza Bolat / Cəmilə Bəşirova
U-18 (oğlanlar)
- Emil Safronov / Tamerlan Tağlıyev
U-20 (qızlar)
- Səbinə Əlizadə / Leyla Əliyeva
- Feyza Bolat / Cəmilə Bəşirova
U-20 (oğlanlar)
- İbrahim Məmmədov / Muhəmməd Aslanlı
- Emil Safronov / Tamerlan Tağlıyev
Qeyd edək ki, çimərlik voleybolçuları EEVZA çempionatları ilə yanaşı, Latviyanın paytaxtı Riqa şəhərində keçiriləcək Baltikyanı ölkələrin açıq çempionatında da qüvvələrini sınayacaqlar.











































































