ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində keçirilən RAF 10 turnirində qalmaqallı hadisə yaşanıb.
Sportnet.az xəbər verir ki, qarşılaşmada Xamzat Çimayev ilə Dillon Danis üz-üzə gəlib.
Döyüş amerikalı idmançının diskvalifikasiyası ilə başa çatıb. Buna səbəb Danisin güləş qaydaları ilə keçirilən görüş zamanı yarışın reqlamentinə zidd olaraq sabmişn fəndi tətbiq etməyə cəhd göstərməsi olub.
Lakin qalmaqal bununla bitməyib. Hakimin görüşü dayandırmasından sonra Çimayev rəqibinə təpik vurub. Bu isə hər iki döyüşçünün komandaları arasında gərginliyə səbəb olub.
Qısa müddətdə söz atışması kütləvi davaya çevrilib və hər iki tərəfin nümayəndələri insidentə qoşulublar.
Qeyd edək ki, həm Çimayev, həm də Danis üçün bu qarşılaşma RAF liqasındakı debüt döyüşü olub.



















































































