Azərbaycan srbəst güləşçisi İbrahim Həsənov Bakıda təşkil olunan U-17 dünya çempionatının finalına vəsiqə qazanıb.
Sportnet.az xəbər verir ki, 51 kq çəki dərəcəsində yarışan idmançı yarımfinalda rusiyalı İslam Kuraxmayevi 10:6 hesabı ilə məğlub edib.
O, sabah qızıl medal uğrunda iranlı Benyamin Aşoften Mayvanla üz-üzə gələcək.
İ.Həsənov daha əvvəl 1/4 finalda hindistanlı Qovind Qovindi 10:3, 1/8 finalda isə gürcüstanlı Giorgi Narimanidzeni 4:2 hesabı ilə məğlub etmişdi.
Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.








































































