İtaliyanın "Fiorentina" klubu İspaniya "Real Madrid"inin futbolçusu Viktor Valdepenyası heyətinə qatıb.
Sportnet.az Florensiya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı müdafiəçi ilə 2031-ci ilin yayınadək müqavilə imzalanıb.
Onun sərbəstqalma məbləği 60 milyon avro təşkil edəcək. Transferin dəyəri isə 8 milyon avro olub.
Madrid klubu futbolçunun hüquqlarının 50 faizini və növbəti üç il ərzində oyunçunu geri alma hüquqlarını özündə saxlayıb.
Qeyd edək ki, Viktor Valdepenyas "Real Madrid"in yetirməsidir. O, Madrid təmsilçisinin ikinci komandasında 46 oyunda 3 qol vurub. Gənc müdafiəçi əsas komandada isə cəmi 1 matçda meydana çıxıb.







































































