Biz bu qarşılaşmada autsayder hesab olunurduq. Buna baxmayaraq, əlimizdən gələni etdik. Öz meydanımızda yaxşı nəticə qazanmışdıq, cavab görüşündə də eyni əzmkarlığı nümayiş etdirdik. K
Sportnet.az xəbər verir ki, bu sözləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda Sumqayıtda “Zirə” ilə heç-heçə edən (1:1) “Payde”nin futbolçusu Henri Anyer deyib.
Komandasının yeganə qolunun müəllifi olan hücumçu fürsəti səmərəli istifadə etdiklərini bildirib: "Rəqibin daha çox qol imkanı oldu. Onlar doğma azarkeşləri qarşısında çıxış edirdilər və tribunalardakı hər kəs onları dəstəkləyirdi. Ancaq mən komandama inanırdım və futbolçularıma güvənirdim.
Ehtiyat oyunçular skamyasından meydana daxil olan iki təcrübəli futbolçu oyunun taleyini həll etdi. Onlar təhlükəli oyunçulardır. Bir fürsət qazandılar və onu qola çevirdilər.
Komandam adına çox sevinirəm. Kiçik bir ölkəni təmsil edən klub üçün bu, böyük uğurdur.
Azərbaycan futbolu haqqında da xoş sözlər demək istəyirəm. Hesab edirəm ki, burada yaxşı və kifayət qədər güclü çempionat var. Liqada keyfiyyətli futbolçular çıxış edirlər. Bu regionda keçirilən oyunlar heç vaxt asan olmur.
Bakıda gördüklərim məndə xoş təəssürat yaratdı. Şəhər çox gözəldir, insanlar isə qonaqpərvər və mehribandırlar. Bu gün bizim günümüz idi və komandam adına çox xoşbəxtəm.
Anyer meydanda yaşanan gərginliyə də münasibət bildirib:
“Bu, futboldur. Meydanda belə hadisələr baş verir. Sonda hamımız dostuq və komandalar bir-birinə uğurlar arzulayırlar. Bu gün bəxtimiz gətirdi, eyni zamanda keyfiyyətimizi də göstərdik. Məşqçilərim və futbolçularımızla fəxr edirəm”.











































































