2026-cı il dünya çempionatında dörddəbir final mərhələsinin son oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, ABŞ-nin Kanzas-Siti şəhərində baş tutan qarşılaşmada Argentina millisi İsveçrə ilə üz-üzə gəlib.
Əsas vaxtı 1:1 hesabı ilə başa çatan matçın taleyi əlavə vaxtda həll olunub.
112-ci dəqiqədə Xulian Alvares, 120+1-ci dəqiqədə Lautaro Martines fərqlənərək Argentinaya 3:11 hesablı qələbə qazandırıb.
Beləliklə, son dünya çempionu yarımfinala vəsiqə əldə edib. Argentina finala gedən yolda İngiltərə millisi ilə qarşılaşacaq
Digər yarımfinalda Fransa və İspaniya yığmaları üz-üzə gələcək. Oyunlar 14-15 iyulda keçiriləcək. Final matçı isə iyulun 19-da təşkil olunacaq.








































































