"Qarabağ”ın yeni transferi Samuel Lobato jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir:
- "Qarabağ"a keçidini necə baş tutdu?
- "Qarabağ"dan mənə marağın olduğunu bilirdim. Müqavilə üzrə məxsus olduğum "Portimonense" ilə danışdılar. Araşdırdıq və hər şeyin ürəyimcə olduğunu gördük. Nəticədə bura gəlməyə qərar verdim. Arzularımdan biri həm çempionluq, həm də mümkün qədər çoxlu qələbə qazanmaqdır.
- Başqa təklifləriniz var idi?
- Ümumiyyətlə, "Qarabağ"ın yanaşması tam fərqli idi. Mənimlə müntəzəm danışıqlar aparırdılar, daimi təmasda idilər. Gördüm ki, həqiqətən də klub məni istəyir. Ona görə də seçimimi "Qarabağ"dan yana etdim.
- Azərbaycan çempionatı barədə məlumatlı idiniz?
- Bəli, gəlməmişdən əvvəl məlumat toplamışdım. Çünki Kamilo Duran komanda yoldaşım olub. Həm klub, həm də Azərbaycan Premyer Liqası barədə mənə kifayət qədər məlumat verdi. Rəqabətli çempionatdır. Eyni zamanda, buradan daha səviyyəli liqalara getmək üçün tramplin kimi istifadə etmək olar.













































































