Azərbaycanın daha bir taekvondoçusu Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən klublararası Avropa çempionatında medal qazanıb.
Bu barədə Sportnet.az-a Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.
"Atlet" klubunun üzvü Allahverdi Məmmədov gənclər arasında yarışda 78 kq-dan yuxarı çəki dərəcəsində bürünc medala sahib olub.
Xatırladaq ki, daha əvvəl Azərbaycanın altı təmsilçisi bu yarışda medallar qazanıb.


















































































