Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin qadınlardan ibarət "Birləşmiş Futbol" (Unified Football) komandası iyulun 6-11-i aralığında Fransanın paytaxtı Parisdə keçiriləcək "Xüsusi olimpiya birləşmiş futbol dünya kuboku"nda iştirak edəcək.
Sportnet.az xəbər verir ki, yığma B qrupunda Namibiya, ABŞ və Qvatemala kollektivləri ilə mübarizə aparacaq.
Turnir Xüsusi Olimpiya hərəkatının ən mühüm beynəlxalq yarışlarından biri hesab olunur. Yarışda 24 – 12 kişi və 12 qadın komandası iştirak edəcək.
Azərbaycan komanda ölkə daxilində həyata keçirilən xüsusi olimpiya idman proqramları çərçivəsində formalaşdırılıb. Yığma Dünya Kubokuna hazırlıq çərçivəsində məşqləri davam etdirir.




















































































