"Qarabağ" klubunun UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibi müəyyənləşib.
Sportnet.az xəbər verir ki, Azərbaycan təmsilçisi Konfrans Liqasının III təsnifat mərhələsində Ukrayna "Dinamo Kiyev"ini mübarizədən kənarlaşdırsa,
"Tvente" (Niderland) - DAC 1904 (Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, ilk oyun avqustun 20-də səfərdə, cavab görüşü avqustun 27-də evdə olacaq.













































































