"Sabah" klubunun UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
Sportnet.az xəbər verir ki, Azərbaycan təmsilçisi Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarka "Orhus"unu üstələyəcəyi təqdirdə, yenə səpələnməmişlər sırasında olacaq.
Rəqiblər isə aşağıdakılardan biri olacaq:
"Hapoel" (Beer Şeva, İsrail) - "Srvena Zvezda" (Serbiya) cütünün qalibi
"Dinamo Zaqreb" (Xorvatiya) - "Kauno Jalgiris" (Litva) cütünün qalibi
"Seltik" (Şotlandiya)
"Myallbü" (İsveç) - "Slovan" (Bratislava, Slovakiya) cütünün qalibi
AEK (Afina, Yunanıstan)
Qeyd edək ki, püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.












































































