Londonun "Çelsi" klubu İngiltərə Futbol Assosiasiyası (FA) tərəfindən transfer qaydalarını pozduğuna görə cəzalandırılıb.
Sportnet.az xəbər verir ki, araşdırma klubun Roman Abramoviçin sahibi olduğu 2009–2022-ci illəri əhatə edən dövrdə baş vermiş 74 epizod üzrə aparılıb. Yoxlanılan transferlər arasında Villian, Eden Azar və Samuel Eto`onun keçidləri də yer alıb.
FA "Çelsi"yə iki transfer pəncərəsi müddətinə şərti transfer qadağası tətbiq edib. Bundan əlavə, klub 10 milyon funt sterlinq (təxminən 11,7 milyon avro) məbləğində cərimələnib.
Bildirilib ki, klubun hazırkı rəhbərliyi sahiblik dəyişdikdən sonra mümkün qayda pozuntuları barədə assosiasiyanı özü məlumatlandırıb. FA tərəfindən ittiham 2025-ci ilin sentyabrında irəli sürülsə də, "Çelsi" qərardan apellyasiya şikayəti verib.
Nəticədə həm iki transfer pəncərəsini əhatə edən qadağa, həm də kluba tətbiq oluna biləcək altı xal silinməsi cəzası şərti xarakter daşıyır.








































































