UEFA Konfrans Liqasının II təsnifat mərhələsində bu gün növbəti görüşlər keçirilir
Sportnet.az xəbər verir ki, Azərbaycan klublarından "Neftçi" Bolqarıstanda Belarusun "Dinamo" (Minsk) klubu ilə üz-üzə gələcək. Beroe şəhər stadionunda, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək qarşılaşmanı şimali irlandiyalı FIFA referisi Tim Marşal idarə edəcək.
Komandalar arasında Bakıda baş tutan ilk matçda Belarus təmsilçisi 4:2 hesabı ilə qələbə qazanmışdı.
Konfrans Liqası,
II təsnifat mərhələsi, cavab oyunu
"Dinamo" (Belarus) - "Neftçi" - 0:1 (BİRİNCİ HİSSƏ) (İlk oyun 4:2)
Qol: Breno Almeyda, 12
Baş hakim: Tim Marşal (Şimali İrlandiya)
Beroe şəhər stadionu














































































