"Mənim üçün çox maraqlı və həyəcanlı oyun olacaq".
Sportnet.az-ın məlumatına görə, bunu Estoniya "Payde"sinin futbolçusu Henrik Oyamaa "Zirə"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşündən əvvəl mətbuat konfransında deyib.
35 yaşlı hücumçu ilk matçdakı əminliyi sabahkı qarşılaşmaya daşımaq istədiklərini söyləyib: "Keçən oyunda bizdə əminlik yarandı. Oyun uzandıqca özümüzü daha əmin hiss etdik. Bunu növbəti oyuna daşımağı düşünürük".
Təcrübəli forvard "Bank Respublika Arena"nın ehtiyat meydançasında keçirdikləri dünənki məşq zamanı arenanın baxımsız hisslərinin klub səhifəsində paylaşılmasını belə izah edib: "Bunun hörmətsizlik olduğunu düşünmürəm. Ola bilsin, hansısa nostalji hissləri yaşayaraq paylaşım etmişik".
Qeyd edək ki, iyulun 30-da Sumqayıt şəhərindəki "SOCAR Polymer Arena"da keçiriləcək oyun saat 20:00-da başlanacaq.












































































