Bolqarıstan MOİK-i UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Qarabağ”la keçiriləcək cavab oyunu üçün qonaq sektoruna bilet satmayacaq.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Sofiyadakı “Vasil Levski” Milli Stadionunda iyulun 30-da keçiriləcək qarşılaşmanın biletləri sərbəst satışa çıxarılmayaq.
Qonaq sektoruna biletlərin satışı “Qarabağ” tərəfindən həyata keçiriləcək.
MOİK azarkeşləri üçün biletlərin qiyməti sektor və kateqoriyadan asılı olaraq 12 - 100 avro arasında dəyişir. Stadionun girişləri oyundan 1,5 saat əvvəl açılacaq.
Qeyd edək ki, komandalar arasında Bakıda keçirilmiş ilk oyun 0:0 hesabı ilə başa çatıb. Cavab qarşılaşması iyulun 30-da Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.













































































