Futbol üzrə İtaliya milli komandasının yeni baş məşqçisinin adı məlum olub.
Sportnet.az xəbər verir ki, tanınmış insayder Fabritsio Romanonun yaydığı məlumata görə, bu vəzifəyə tanınmış mütəxəssis Roberto Mançini gətirilir.
Bildirilir ki, tərəflər arasında artıq razılıq əldə olunub. İddiaya görə, Mançini ilə İtaliya Futbol Federasiyası arasında 2030-cu ilə qədər müqavilə imzalanacaq.
Qeyd edək ki, Roberto Mançini 2018-ci ildən 2023-cü ilə qədər İtaliya milli komandasının sükanı arxasında olub. Onun rəhbərliyi altında komanda 2020-ci il üzrə Avropa çempionatında qızıl medal qazanıb.













































































