Stolüstü tennis üzrə Respublika birinciliyinə yekun vurulub.
Sportnet.az xəbər verir ki, “Süa İdman - Sağlamlıq Mərkəzi”ndə keçirilən yarışda 2013-cü il və daha aşağı təvəllüdlü idmançılar bacarıqlarını göstəriblər.
Budəfəki birincilikdə paytaxt Bakı ilə yanaşı, Sumqayıt, Şəki, Şabran, Şamaxı, Şirvan və Qobustandan ümumilikdə 100-dən artıq iştirakçı qələbə uğrunda mübarizə aparıb.
Onlar şəxsi, qoşa və qarışıq qoşa növlərində qalib və mükafatçıları müəyyənləşdiriblər. Üç gün davam edən yarışın nəticələrini təqdim edirik:
Qızların şəxsi mübarizəsi:
1- ci yer- Mehin Mirzəbalayeva
Oğlanların şəxsi mübarizəsi:
1- ci yer- Cəfər Almədədli
Qızların qoşa mübarizəsi:
1-ci yer- Yasəmən Həbibova – Mehin Mirzəbalayeva
Oğlanların qoşa mübarizəsi:
1- ci yer- Saleh Hümbətov – Cəfər Almədədli
Qarışıq-qoşa mübarizə:
1- ci yer- Cəfər Almədədli – Yasəmən Həbibova
Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən birincilikdə fəxri kürsüyə qalxan idmançılara diplom və medallar təqdim olunub.









































































