Azərbaycanlı döyüşçü Mirmehdi Miriyev Tailandın Puket adasında keçirilən muaytay üzrə "Patong Fight Night 2" turnirinin qalibi olub.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Sportnet.az-a bildirilib ki, 70 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı final döyüşündə Avstraliya təmsilçisi Ceyms Veqarla üz-üzə gəlib.
Mirmehdi Miriyev rəqibini dördüncü raundda nokautla məğlub edərək turnirin çempionu adına yiyələnib. O, bu qələbə sayəsində çempionluq kəmərini də qazanıb.







































































