Sloveniyanın Novo Mesto şəhərində keçiriləcək U-18 Balkan çempionatında Azərbaycanın 10 atleti mübarizə aparacaq.
Azərbaycan Atletika Federasiyasının mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, turnirdə idmançılar müxtəlif növlərdə mübarizə aparacaqlar.
Yarışa Safiya Kərimova (100 metr), Mədinə Hüseynzadə (400 metr), Gülçin Nağıyeva (800 metr), Zeynəb Əmrahova (lövhə atma), Ramil İsmayılov (üçtəkanla tullanma), Şamxal Həsənzadə (uzunluğa tullanma), Mehdi Abaszadə (400 metr), Bülbül Babayev (hündürlüyə tullanma), Daniil Şuvayev (100 metr) və Loğman İsrafilli (800 metr) yollanacaq.
Qeyd edək ki, Balkan çempionatı iyulun 4-də başlayacaq.






































































