2026-cı il dünya çempionatında Kanada millisi tarixi uğura imza atıb.
Sportnet.az xəbər verir ki, B qrupunun II turunda bu komanda Qətəri 6:0 hesabı ilə darmadağın edib.
Beləliklə, Kanada millisi dünya çempionatları tarixində ilk qələbəsini əldə edib. Şimali Amerika təmsilçisi mundiallarda üçüncü dəfə iştirak etsə də, indiyədək qalib gələ bilməmişdi.
Qolları 16-cı dəqiqədə Kayl Larin, 29-cu, 45+3 və 90+2-ci dəqiqələrdə Conatan Devid, 64-cü dəqiqədə Natan-Dilan Saliba vurub. Qətər yığmasının yarımmüdafiəçisi Məhəmməd Əl-Mannai isə 75-ci dəqiqədə topu öz qapısına göndərib.
Ərəblər oyunu 9 futbolçu ilə başa vurub. Homam Əl-Əmin 33-cü, Assim Mədibo isə 51-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir.





















































































