"Turan Tovuz" klubu "Peak Eye" şirkəti ilə sponsorluq müqaviləsi imzalayıb.
Sportnet.az-ın məlumatına görə, bununla əlaqədar təntənəli mərasim təşkil olunub.
Tədbirdə çıxış edən klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev müqavilənin məbləğini açıqlayıb. O, 2 milyon dollar təşkil etdiyini bildirib.
Qeyd edək ki, mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev, digər rəsmi şəxslər və jurnalistlər iştirak ediblər.















































































