“Liverpul” PSJ-nin hücumçusu Bredli Barkola üçün rəsmi təklif göndərib.
Sportnet.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano özünün “X” sosial şəbəkə hesabında məlumat yayıb.
İngiltərə klubu fransalı vinger üçün 100 milyon avrodan çox ilkin təklif irəli sürüb. Lakin bu məbləğ Paris klubunun tələblərindən kifayət qədər aşağıdır.
Mənbənin sözlərinə görə, 23 yaşlı futbolçunun özü “mersisaydlılar”ın heyətinə keçməkdə maraqlıdır. Romano hələ may ayında oyunçunun bu istəyini dilə gətirdiyini bildirmişdi.
Qeyd edək ki, keçən mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 49 matça çıxan Barkola 13 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalına görə futbolçunun hazırkı transfer dəyəri 90 milyon avro qiymətləndirilir.













































































