Qadın voleybolçulardan ibarət Azərbaycan millisi 2026-cı il Avropa çempionatının finallarına hazırlığın son mərhələsinə start verib.
Sportnet.az xəbər verir ki, yığma təlim-məşq toplanışını Bakıda keçirir.
Hazırlıq prosesi çərçivəsində komandanın Latviya və Belarus yığmaları ilə yoxlama görüşlərində qüvvəsini sınaması planlaşdırılır.
Qeyd edək ki, 2026-cı il Avropa çempionatının C qrupunun matçlarına Bakı ev sahibliyi edəcək. Yığma qrup mərhələsində Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya komandaları ilə mübarizə aparacaq. Avqustun 21-dən 28-dək keçiriləcək qarşılaşmalar Milli Gimnastika Arenasında baş tutacaq.












































































