"Sabah" klubunun UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
Sportnet.az xəbər verir ki, Azərbaycan təmsilçisi Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarka "Orhus"unu üstələyəcəyi təqdirdə, "Hapoel" (Beer Şeva, İsrail) - "Srvena Zvezda" (Serbiya) cütünün qalibi ilə üz-üzə gələcək.
İlk oyun səfərdə, cavab görüşü evdə olacaq.
Püşkatmanın nəticələri:
"Dinamo Zaqreb" (Xorvatiya) / "Kauno Jalgiris" (Litva) cütünün qalibi - "Vikinq" (Norveç)
"Myallbü" (İsveç) / "Slovan" (Bratislava, Slovakiya) cütünün qalibi - "Ararat-Armenia" (Ermənistan) / "Tsele" (Sloveniya) cütünün qalibi
"Hapoel" (Beer Şeva, İsrail) / "Srvena Zvezda" (Serbiya) cütünün qalibi - "Orhus" (Danimarka) / "Sabah" (Azərbaycan) cütünün qalibi
"Fənərbağça" (Türkiyə) / "Şturm" (Avstriya) cütünün qalibi - "Sparta" (Praqa, Çexiya) / "Lion" (Fransa) cütünün qalibi
"Olimpiakos" (Yunanıstan) / NEC (Neymegen, Niderland) cütünün qalibi - "Yunion" (Belçika) / "Budö Qlimt" (Norveç) cütünün qalibi
Qeyd edək ki, ilk oyunlar 18-19 avqustda adları birinci göstərilən komandaların meydançalarında, cavab görüşləri 25-26 avqustda keçiriləcək.











































































