Azərbaycan millisinin futbolçusu Mahir Emreli yeni klubu “Rakuv”da (Polşa) debüt oyununda qol hesabını açıb.
Sportnet.az xəbər verir ki, hücumçu Konfrans Liqasının II təsnifat mərhələsində Maltanın “Valletta” komandası ilə keçirilən ilk görüşdə fərqlənib. O, 53-cü dəqiqədə komandasının ilk qoluna imza atıb.
Görüş isə Çenstoxova təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
_
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Rakuv" komandasında debüt oyununda qol vurub.
Sportnet.az xəbər verir ki, 29 yaşlı hücumçu UEFA Konfrans Liqasında Malta təmsilçisi "Valletta"ya qarşı keçirdikləri ilk matçda fərqlənib.
Forvard 53-cü dəqiqədə adını tabloya yazdırıb.
Xatırladaq ki, hazırda görüşdə hesab bərabərdir - 1:1.






































































