Bakıda keçiriləcək dünya çempionatı son 20 ildə ən çox idmançı qeydiyyatdan keçib.
Sportnet.az xəbər verir ki, bu sözləri Azərbaycan Güləş Federasiyasının baş katibi Pərvin Piriyev Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatına həsr olunmuş tədbirdə deyib.
Onun sözlərinə görə, beynəlxalq turnirlərdə məqsəd həmişə ən yüksək olmalıdır: "Bu yaş keçid dövrüdür. İdmançının səhv etmək haqqının olduğu dövrdür. Hədəfimiz ilk sıralarda olmaqdır, amma prioritet bu yox, mental xüsusiyyətlərdir.Ermənistanın Bakıya gəlişinə gəldikdə, dünya çempionatında məğlubiyyətdən təəssüf hissi keçirmək həm də dərs çıxarmaqdır. Bu baxımdan, hansı ölkəyə uduzmağın fərqi olmamalıdır"
"Baş məşqçilərimizin hər 3-ü hansı məsuliyyətin altına girdiklərini başa düşürlər. Lakin biz onları təyin etməklə, gələcəyə yatırım etmişik. Nəticələr yarışın sonunda bilinəcək. Amma istənilən halda qazanan biz olacağıq.Sərbəst, yunan-Roma güləşində 4. Qızlarda isə say az olduğu üçün 3 məşqçi çalışır. Təbliğat işləri də aparırıq, televiziyalarda afişalar, məlumatlar verilir", - deyə federasiya rəsmisi qeyd edib.













































































