Sportnet.az xəbər verir ki, tədbirdə Azərbaycan təmsilçilərinin də potensial rəqibləri bəlli olub.
"Neftçi" II təsnifat mərhələsində Belarusun "Dinamo" (Minsk) komandasını üstələsə, növbəti raundda "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) cütünün qalibi, "Zirə" isə Estoniyanın "Payde" klubunu məğlub etsə, "Santa Koloma" (Andorra) - "Rapid" (Vyana, Avstriya) duelinin güclüsü ilə üz-üzə gələcək.
Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanın MOİK (Sofiya) komandası ilə qarşılaşacaq “Qarabağ” isə məğlub olacağı təqdirdə, Konfrans Liqasının III təsnifat mərhələsində “Dinamo” (Kiyev, Ukrayna) – PAOK (Yunanıstan) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, bu raundun görüşləri avqustun 6 və 13-də keçiriləcək.









































































