Argentina Prezidenti Xavyer Miley futbol üzrə milli komandanın dünya çempionatındakı çıxışını azarkeşlərlə qeyd etmək qərarına gələrsə, həmin günün ölkədə qeyri-iş günü elan olunacağını bildirib.
Sportnet.az xəbər verir ki, dövlət başçısı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O qeyd edib ki, bayram tədbirlərinin keçiriləcəyi tarix futbolçular və məşqçilər korpusu tərəfindən müəyyənləşdirildikdən sonra həmin gün rəsmi istirahət günü elan ediləcək.
X.Miley DÇ-2026-nın finalından sonra Argentina millisinə də təşəkkür edib: "Çox sağ olun, uşaqlar. Sonadək mübarizə apardınız. Argentina hər zaman zirvədədir".
Qeyd edək ki, yığma dünya çempionatının finalında əlavə vaxtda İspaniyaya 0:1 hesabı ilə məğlub olub.









































































