UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin püşkü ərəfəsində Azərbaycanın təmsilçisi “Neftçi”nin potensial rəqiblərinin sayı dəqiqləşib.
Sportnet.az xəbər verir ki, “ağ-qaralar” II təsnifat mərhələsində Belarusun “Dinamo Minsk” komandasını mübarizədən kənarlaşdıracağı təqdirdə, III mərhələdə aşağıdakı cütlərin qalibi ilə qarşılaşacaq.
“Jelezniçar” (Serbiya) – “Braqa” (Portuqaliya)
“Pakş” (Macarıstan) – “Panatinaikos” (Yunanıstan);
“Luqano” (İsveçrə) – “Dukaqjini” (Kosovo);
AEK (Kipr) – “Beytar” (İsrail).
Qeyd edək ki, UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi bu gün saat 16:00-da keçiriləcək. Püşk “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.









































































