Azərbaycan Premyer Liqasında 2026/2027 mövsümünün püşkatma mərasimi keçirilib.
Sportnet.az-ın məlumatına görə, avqustun 14-də start götürəcək ölkə çempionatda 12 komanda iştirak edəcək.
Elita iştirakçıları arasında debütant "Şəfa" da yer alacaq.
Peşəkar Futbol Liqasının (PFL) Texniki idman direktoru Elgiz Abbasov çempionatın 3 dövrə və 33 turdan ibarət olacağını xatırladıb.
O, püşkün iki mərhələli olacağını, III dövrədə ev və səfərdə oynayacaq komandaları klubların özlərinin müəyyənləşdirəcəkkərini açıqlayıb.
Yeni mövsümə iki aydır hazırlaşdıqlarını deyən Abbasov rəy və təklifləri də nəzərə aldıqlarını söyləyib. Əsas məsələnin inftastrukturla bağlı olduğunu vurğulayan PFL rəsmisi çempionatın startından sonrakı bir ay ərzində süni işıqlandırması olmayan stadionlarda oyunların keçirilməsinə qadağa qoyacaqlarını dilə gətirib. Bunun nəticəsində həmin arenalarda oynayacaq klublar ardıcıl 4-5 oyunu səfərdə keçirməli olacaqlar. Onlar bunu növbəti dövrədə kompensasiya edəcəklər.








































































