Hidayət Heydərovun hər hansı bir hərəkətinə görə cərimə ödəməmişik.
Sportnet.az xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Hidayət Heydərovun uduzduğu yarışlardan sonra hirsindən divarları dağıtdığı fikiləri ilə bağlı danışarkən deyib.
“Təkcə Hidayət yox, digər idmançılar da otel otağında nəyisə sındırırlar. Bu, normal haldır. Təbii ki, biz həmin zərəri qarşılayırıq. Bunlar xırda məsələlərdir”, - deyə federasiya rəsmisi bildirib.






































































