İngiltərənin "Çelsi" klubu İspaniyanın "Real" komandasının sol cinah müdafiəçisi Alvaro Karrerasın transferi üçün Madrid təmsilçisinə 25 milyon avroluq ilkin təklif göndərib.
Sportnet.az xəbər verir ki, bu barədə "Sport.es" nəşri məlumat yayıb.
Bildirilib ki, "Real" rəhbərliyi təklifi qənaətbəxş hesab etməyərək rədd edib. Madrid klubu 23 yaşlı futbolçunu ən azı 50 milyon avro dəyərində qiymətləndirir.
Məlumata görə, "Çelsi" transfer danışıqlarını davam etdirmək niyyətində olsa da, İspaniya təmsilçisi futbolçunun ayrılmasına müsbət yanaşmır.
Alvaro Karreras ötən mövsüm bütün turnirlərdə 40 oyunda iştirak edib, iki qol vurub və üç məhsuldar ötürmə ilə yadda qalıb.













































































