2026-cı il dünya çempionatının 1/4 final mərhələsində İspaniya ilə qarşılaşan Belçika yığması ciddi itki ilə üzləşib.
Sportnet.az xəbər verir ki, komandanın əsas qapıçısı Tibo Kurtua zədə səbəbindən oyunu davam etdirə bilməyib.
Təcrübəli qolkiper 71-ci dəqiqədə əvəzlənərək meydanı emosional şəkildə tərk edib. Onun əvəzinə Senne Lammens meydana daxil olub. Bu, gənc qapıçının 2026-cı il dünya çempionatındakı debütü olub.
Görüşdə hesabı 30-cu dəqiqədə İspaniya millisinin yarımmüdafiəçisi Fabian Ruis açıb. Belçika isə 41-ci dəqiqədə Şarl De Ketelarenin qolu ilə tarazlığı bərpa edib.
Xatırladaq ki, Belçika 1/8 finalda ABŞ millisini 4:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlmişdi. İspaniya isə Portuqaliya üzərində 1:0 hesablı qələbə qazanmışdı.










































































