Azərbaycan 2026-cı ildə ilk dəfə U-15 dünya çempionatına ev sahibliyi edəcək.
Sportnet.az xəbər verir ki, bu barədə FIFA Şurası qərar çıxarıb.
15 yaşadək futbolçular arasında yeni qlobal turnirin ilk yarışı məhz Azərbaycanda keçiriləcək. Yarış oktyabrın 22-dən 31-dək ölkəmizin stadionlarında təşkil olunacaq.
FIFA-nın açıqlamasına görə, ilk turnirdə oğlanlardan ibarət U-15 yığmaları mübarizə aparacaq.
2027-ci ildə qadınlardan ibarət komandalar üçün yarış keçiriləcək, 2028-ci ildən etibarən isə hər iki kateqoriyada turnirlər illik əsasda təşkil olunacaq.
Azərbaycanın ev sahibliyi edəcəyi bu mundialda Rusiya yığmasının da iştirak şansı yaranıb. "Bütün FIFA üzv assosiasiyaları" ifadəsi 2022-ci ildən sonra beynəlxalq yarışlardan kənarda qalan Rusiya komandalarının U-15 turnirinə buraxılmasını mümkün edə bilər.











































































