Gənclər və idman naziri Fərid Qayıbov Bakıda səfərdə olan Beynəlxalq Şahmat Federasiyası nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Sportnet.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə Azərbaycanda şahmatın inkişafı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, Azərbaycanda keçirilən və keçirilməsi planlaşdırılan beynəlxalq şahmat yarışları, eləcə də bu sahədə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.














































































