ABŞ-nin "İnter Mayami" klubu Liqa Kubokunun növbəti oyununda Meksikanın "Atletiko San Luis" komandasına 4:2 hesabı ilə qalib gəlib.
Sportnet.az xəbər verir ki, Mayamidə keçirilən qarşılaşmada Lionel Messi 11-ci və 44-cü dəqiqələrdə fərqlənərək komandasının qələbəsində əsas pay sahibi olub. Argentinalı futbolçu bununla yanaşı, bir məhsuldar ötürmə də verib.
Beləliklə, Messi DÇ-2026-dan sonra "İnter Mayami"nin heyətində ilk qollarını vurub.
Bu qələbədən sonra "İnter Mayami" 3 xalla MLS klubları arasında 4-cü pillədə qərarlaşıb. "Atletiko San Luis" isə xalsız qalaraq Meksika klubları arasında 16-cı sırada yer alıb.












































































