Yeni mövsüm üçün heyət çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.
Klubdan Sportnet.az-a verilən məlumata görə, "gənclik şəhəri" təmsilçisi son klubu Braziliyanın “Ferroviario” kollektivi olan yarımmüdafiəçi Lukas Blek ilə 2 illik müqavilə imzalayıb.
26 yaşlı futbolçu “Sumqayıt”ın heyətində “55” nömrəli formada çıxış edəcək.















































































