"Çelsi"nin ukraynalı vingeri Mixail Mudrik karyerasını Fransa çempionatında davam etdirə bilər
Sportnet.az xəbər verir ki, London klubu 25 yaşlı futbolçunu uzun fasilədən sonra yenidən optimal formasına qovuşması üçün "Strasburq"a icarəyə verməyi planlaşdırır.
Qeyd edek ki, Mixail Mudrik dopinq (meldonium) testi müsbət çıxdığı üçün 2024-cü ilin noyabr ayından bəri rəsmi oyunlara həsrətdir. Yaxın günlərdə ukraynalı futbolçunun cəza müddətinin azaldıldığı və onun yenidən yaşıl meydançalara qayıtmaq hüququ qazandığı açıqlanıb.














































































