Braziliyanın "Santos" komandasının hücumçusu Neymar təqaüdə çıxmaq ehtimalı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Sportnet.az xəbər verir ki, 34 yaşlı hücumçu hələ ki karyerasını başa vurmaq niyyətində deyil.
"Bu barədə düşünmürəm. "Santos"la müqaviləm dekabr ayına qədərdir və hazırda klub üçün əlimdən gələnin ən yaxşısını etmək istəyirəm. Ondan sonra variantları dəyərləndirəcəyəm: qalmaq, getmək, karyeramı bitirmək və ya oynamağa davam etmək... Bilmirəm. Dekabra hələ vaxt var, baxarıq", - deyə futbolçu qeyd edib.
Qeyd edək ki, braziliyalı ulduz cari mövsümün sonuna qədər "Santos"un uğurları üçün çalıṣacaq.











































































