2026/27-ci illər mövsümü üçün heyət çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçu keçidini reallaşdırıb.
Sportnet.az xəbər verir ki, son klubu Braziliyanın “Kaşias” kollektivi olan hücumçu Jeam Oliveyra ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 31 yaşlı futbolçu Braziliyanın “Fortaleza” klubunun yetirməsidir.














































































