Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç vəzifəsindən ayrılıb.
Sportnet.az xəbər verir ki, bu barədə Xorvatiya Futbol İttifaqının rəsmi saytı məlumat yayıb.
Mütəxəssis yığmada 9 ilə yaxın fəaliyyətini başa vurmaq qərarına gəlib.
Qeyd edək ki, Xorvatiya millisi Zlatko Daliçin rəhbərliyi altında 2018-ci il dünya çempionatının gümüş, 2022-ci ildəki mundialın isə bürünc medallarını qazanıb. Yığma, eləcə də 2023-cü ildə UEFA Millətlər Liqasında 2-ci yeri tutub. Xorvatiya seçməsi hazırda davam edən dünya çempionatında isə 1/16 finalda Portuqaliyaya uduzaraq mübarizəni dayandırıb.











































































