Beynəlxalq dərəcəli hakim Kəmalə Əsgərova Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.
Bu barədə Sportnet.az-a Azərbaycan Voleybol Federasiyasının mətbaut xidmətindən məlumat verilib.
K.Əsgərova İtaliyada keçirilən voleybol üzrə 18 yaşadək (U-18) oğlanlar arasında Avropa çempionatının final mərhələsinin oyunlarında hakim kimi ədaləti qoruyur.
İyulun 7-də start götürən qitə birinciliyi ayın 18-dək davam edəcək.










































































