“İmişli” məşqçilər korpusunu UEFA Pro lisenziyalı mütəxəssis Zamir Həsənov ilə gücləndirib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Həsənov komandaa köməkçi məşqçi vəzifəsində fəaliyyət göstərəcək.
Tərəflər arasında 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, zəngin məşqçilik təcrübəsinə malik Zamir Həsənov uzun illər AFFA-da müxtəlif yaş qrupları üzrə milli komandalarda məşqçi və baş məşqçi kimi fəaliyyət göstərib. O, həmçinin AFFA-nın təhsil departamentində məşqçi-təlimatçı kimi çalışaraq məşqçi hazırlığı prosesinə töhfə verir.
Həsənov “Şamaxı”, “Şəfa” klublarında, eləcə də “Zirə” FK və “Səbail” FK Akademiyalarında uğurla fəaliyyət göstərərək oyunçu inkişafı və müasir məşq metodikası sahəsində dəyərli təcrübə qazanıb.
İnanırıq ki, Zamir Həsənovun peşəkarlığı və futbol biliyi “İmişli” PFK-nın qarşıya qoyduğu hədəflərə çatmasına mühüm töhfə verəcək. ????
Zamir Həsənova klubumuzda uğurlar arzulayırıq! ✊
#imishlipfk #yoladavam #mislipremyerliqası














































































