Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının final mərhələsi üçün heyəti açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, baş məşqçi Faiq Qarayev 16 oyunçunu yığmaya dəvət edib.
Siyahını təqdim edirik:
Toppaylayıcılar: Kristina Besman (“Omichka”, Rusiya), Raziyə Əliyeva (“DH Voley”), Nataliya Solovyeva (“Murov AZ Terminal”).
Hücumçular: Polina Rəhimova (“GS Panionios”, Yunanıstan), Yelizaveta Ruban (“Leninqradka”, Rusiya), Marqarita Stepanenko (“UNEC”), Nərmin Musayeva (“Gəncə”), Ülkər Kərimova (“Turan”), İlhamə Əzimova (“Azərreyl”), Kseniya Pavlenko (Milli Aviasiya Akademiyası).
Orta oyunçular: Aysən Abdulləzimova (“Turan”, kapitan), Aynur İmanova (“DH Voley”), Mariya Kirilyuk (“Yenisey”, Rusiya).
Liberolar: Yuliya Kərimova (“Turan”), Bəyaz Quliyeva (“DH Voley”), Ceyran İmanova (“DH Voley”).










































































