Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir qarşılaşma baş tutub.
Sportnet.az xəbər verir ki, , gecənin ikinci əsas görüşündə Rusiya təmsilçisi Şarabutdin Maqomedov (84,36) Braziliyadan olan Mişel Pereyra (84,14) ilə qarşılaşıb.
Orta çəkidəki dueldə Ş. Maqomedov qələbə qazanıb. O, üç raundun yekununa əsasən qalib olub.
"UFC Fight Night Baku"da gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.














































































