2026-cı il dünya çempionatında III tura start verilib.
Sportnet.az-ın məlumatına görə, B qrupunda Kanada İsveçrə ilə, Bosniya və Herseqovina Qətərlə üz-üzə gəlib.
İsveçrə millisi 2:1 hesablı qələbə qazanaraq, 7 xalla qrup lideri kimi mərhələ adlayıb.
Bosniya və Herseqovina isə 3:1 hesabı ilə qalib gəlməsinə baxmayaraq, topların nisbəti (5:6) göstəricisində qrupdan növbəti birbaşa vəsiqəyə yiyələnə bilməyib. Kanada daha üstün top fərqinə (8:3) malik olduğu üçün ikinci yeri tutub və 1/16 finala yüksəlib.
Bosniya və Herseqovinanın taleyinə bütün qruplarda mübarizə yekunlaşdıqdan sonra aydınlıq gələcək.
Qeyd edək ki, həm Kanada, həm də Bosniya və Herseqovina qrupu 4 xalla 2-3-cü yerlərdə başa vurub. Cəmi 1 xala malik Qətər isə sonuncu yeri tutaraq, dünya çempionatı ilə vidalaşıb.
DÇ-2026
III tur
24 iyun
B qrupu
23:00. İsveçrə - Kanada - 2:1
Qollar: Ruben Varqas, 46. Joan Manzambi, 57 - Promes Devid, 76
Baş hakim: Ramon Abatti (Braziliya)
Vankuver (Kanada), "BC Palace" stadionu
23:00. Bosniya və Herseqovina - Qətər - 3:1
Qollar: Kerim Alaybeqoviç, 29. Sultan Əl-Brake, 34 (öz qapısına). Ermin Mahmiç, 80 - Hassan Əl-Haidos, 42
Baş hakim: Xesus Valensuela (Venesuela).
Sietl (ABŞ), "Lümen Fild" stadionu
Xal durumu: 1. İsveçrə - 7, Kanada - 4, Bosniya və Herseqovina - 4, Qətər - 1.










































































