Azərbaycanın I Liqa təmsilçisi "Mingəçevir" baş məşqçi təyinatını rəsmiləşdirib.
Sportnet.az xəbər verir ki, komanda Elman Sultanovla 2026/2027 mövsümünün sonunadək nəzərdə tutulan müqavilə imzalayıb. 52 yaşlı mütəxəssis bundan sonra "Mingəçevir"ə rəhbərlik edəcək.
Qeyd edək ki, "Mingəçevir" I Liqanın 2026/2027-ci illər mövsümünün ilk turunda "Zaqatala" ilə üz-üzə gələcək. Çempionata sentyabrın 3-də start veriləcək.













































































